Çin orbitə yeni peyk buraxdıbackend

Çin orbitə yeni peyk buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin SkyNet 1-01 adlı yeni Smart peyki uğurla orbitə çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Kosmosa CZ-3B raketindən istifadə etməklə Pekin vaxtı ilə saat 09:43-də (Moskva vaxtı ilə 04:43) Xichang kosmodromundan (Cənub-Qərbi Çin) baş tutub. Bu, Long March tipli daşıyıcı üçün 521-ci buraxılış idi.

Smart SkyNet 1-01, xüsusən Antarktidadakı Çin bazaları tərəfindən istifadə ediləcək rabitə sahəsindəki inkişafları sınaqdan keçirmək üçün Tsinghua Universiteti tərəfindən Şanxay Kosmik Texnologiyalar Akademiyası ilə birlikdə yaradılmışdır. Bu, orta ölçülü Yer orbitinə buraxılmış ilk Çin peykidir.

Bundan əvvəl “The Guardian” qəzeti Çinin mayın 3-də Ayın uzaq tərəfinə missiya atmağa cəhd edəcəyini yazmışdı. Qeyd edilib ki, bu, 2030-cu ilə qədər Ayın səthinə insanın endirilməsi məqsədinin tərkib hissəsi kimi yaxın illərdə planlaşdırılan üç missiyadan birincisidir.