Çin öz sülhməramlılarını Ukraynaya göndərmək imkanını şərh etməkdən imtina edibbackend

Çin öz sülhməramlılarını Ukraynaya göndərmək imkanını şərh etməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Çzyakun öz sülhməramlılarının Ukraynaya göndərilməsi ehtimalını şərh etməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin “The Global Times” nəşri yazır.

“Biz hipotetik məsələlərə münasibət bildirmirik”, – diplomat jurnalistlərə deyib.

O, həmçinin əlavə edib ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi həmişə ədalətli olub və o, bunu dəfələrlə təsdiqləyib.

Bir gün əvvəl ABŞ Ukraynaya Avropadan olmayan sülhməramlı qüvvələrin, xüsusən də Çin və Braziliyadan göndərilməsini təklif etmişdi. Bir növ bufer zonası yaratmaq üçün bu qüvvələrin atəşkəs xətti boyunca yerləşdirilməsi təklif olunur.