Çin öz vətəndaşlarına ABŞ-a səyahət etmələri barədə xəbərdarlıq edibbackend

Çin öz vətəndaşlarına ABŞ-a səyahət etmələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin vətəndaşlarına ABŞ-a səyahətlə bağlı risklər barədə xəbərdarlıq edilib.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat yayıb.

“Mədəniyyət və Turizm Nazirliyi çinli turistlərə ABŞ-a səyahət risklərini tam qiymətləndirməyi və ehtiyatla səyahət etməyi xatırladır”, – nazirliyin bəyanatında deyilir.

Nazirlik xəbərdarlığa səbəb kimi ABŞ-da daxili təhlükəsizliklə bağlı problemləri, habelə Pekin və Vaşinqton arasında iqtisadi münasibətlərin pisləşməsini göstərib.