Tacikistan dövlətlərin razılaşdırdığı müxtəlif layihələrin həyata keçirilməsi üçün Çin hökumətindən 300 milyon yuan (təxminən 40,7 milyon dollar) qrant yardımı alacaq.
NOCOMMENT.az bu barədə postsovet ölkəsində dərc olunan materiallara istinadən xəbər verir.
Agentlik xatırladır ki, iyulun əvvəlində Çin sədri Si Cinpinin Düşənbəyə səfəri zamanı Tacikistan prezidenti Emoməli Rəhmonun mətbuat xidməti təfərrüatları təqdim etmədən müvafiq sənədin imzalandığını elan edib. Qeyd olunur ki, saziş layihəsi Tacikistan hökuməti tərəfindən bəyənilib və bağışlanan on milyonlarla vəsaitin istifadəsi zamanı “iki ölkə hökumətlərinə mütəmadi olaraq hesabat vermək” lazım gələcək.
2024-cü ilin birinci yarısında infrastruktur layihələri də daxil olmaqla Tacikistanın aldığı yardımın təxminən 40 faizi Çindən gəlib. Xüsusilə, Çin liderinin səfəri zamanı mütəxəssislərin iştirakı ilə və ÇXR-in maliyyə vəsaiti hesabına inşa edilmiş ölkənin yeni hökumət və parlament binaları açılıb.
Səfər başa çatdıqdan az sonra Tacikistan Xarici İşlər Nazirliyi ölkələrin “səmimi strateji tərəfdaş” olduğunu bəyan edib. Departament Çinin respublikada hərbi baza yaratması ilə bağlı xəbərləri təkzib edib.