Çin prezidenti Baydenlə danışıb – Qırmızı xətti keçməyinbackend

Çin prezidenti Baydenlə danışıb – Qırmızı xətti keçməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub. Söhbət zamanı Tayvan məsələsinə toxunulub.

NOCOMMENT.az xəbər verir ki, Çin mətbuatının məlumatına görə, Si Cinpin ABŞ-nin “qırmızı xətti keçməməli olduğunu” xatırladıb.

Pekinin Tayvandakı separatçı fəaliyyətə, eləcə də kənardan dəstəyə dözməyəcəyini vurğulayıb.

Bildirilib ki, Si Cinpin həmçinin ABŞ administrasiyasının Çin iqtisadiyyatının, ticarətinin və elminin inkişafını boğmağa yönələn tədbirlərini tənqid edib.