Çin və Qazaxıstan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Zəlzələ Moskva vaxtı ilə saat 02:15-də Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun Karamay şəhərinin Bayjiantang (Cerenbulak) rayonundan 51 km şərqdə qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda olub. Zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.