Çin: “Qərb Ukraynadakı böhrana görə Pekini günahlandırır”backend

Çin: “Qərb Ukraynadakı böhrana görə Pekini günahlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Çyan bildirib ki, Qərb Ukrayna böhranına görə Çini ittiham edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“ABŞ və digər Qərb ölkələri nəinki Ukrayna böhranındakı rolu barədə düşünmürlər, həm də günahı dəfələrlə Çinin üzərinə atıblar, biz buna qəti şəkildə qarşıyıq”, – Vu Çyan deyib.

Onun sözlərinə görə, Çin dünyanın bütün ölkələri, xüsusən də Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığa sadiq qalmaq niyyətindədir.