ABŞ-ın Hind-Sakit Okean Komandanlığı (INDO-PACOM) Çinin J-16 qırıcısının Cənubi Çin dənizində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə INDO-PACOM-dan yazılı açıqlama verilib.
“2023-cü il mayın 26-da Çin Xalq Respublikasının J-16 qırıcı pilotu ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 təyyarəsinə qarşı kəşfiyyat zamanı hədsiz aqressiv manevr edib. Çinli pilot RC-135-in burnunun düz qarşısında uçaraq ABŞ təyyarəsinin quyruq turbulentliyində qalmasına səbəb olub”.
Açıqlamada ABŞ-ın RC-135 təyyarəsinin beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirdiyi bildirilib.
NOCOMMENT.AZ