Çin Rusiya ilə hərbi əlaqələri dərinləşdirməyə və genişləndirməyə və iki ölkə arasında sıx, yüksək səviyyəli mübadilələri davam etdirməyə hazır olduğunu bildirir.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pekində Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yusya deyib.
“Ümid edirik ki, hər iki tərəf iki dövlət başçısının mühüm konsensusunu həyata keçirmək, sıx yüksək səviyyəli mübadilələri davam etdirmək, iki ölkə arasında hərbi əlaqələri dərinləşdirmək və genişləndirmək, milli suverenlik sahələrində öz maraqlarını qorumaq üçün birgə çalışacaqlar”, – deyə o vurğulayıb.
Bundan əvvəl Belousov Çin hərbi rəhbərliyi ilə danışıqlar aparmaq üçün Pekinə gəlib.