Rusiya ilə ABŞ arasındakı təmaslar Çində narahatlıq yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barəəd xarici KİV məlumat yayıb.
Honq-Konqun South China Morning Post (SCMP) qəzeti mənbəyə istinadən yazır ki, Çin rəsmiləri fevralda Rusiya-Amerika danışıqlarının necə başa çatdığını öyrənməyə can atırdılar.
Adının çəkilməsini istəməyən diplomat bildirib ki , fevral ayında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığından sonra Çin hökumətinin bir çox rəsmiləri rusiyalı həmkarları ilə görüşməyə can atıblar .
Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Çin-Rusiya xarici siyasəti üzrə eksperti Sergey Radçenko bildirib ki, Pekin sülh danışıqlarından kənarda qalmasından “xoşbəxt deyil”.
“Bu, Çinin təsirinin real sərhədlərini göstərir və ABŞ-ı müharibə və sülh məsələlərində əsl arbitr kimi göstərir”, – o deyib və əlavə edib ki, Pekin Moskva ilə Vaşinqton arasında yaxınlaşma fonunda Çinin maraqlarını poza biləcəyindən narahatdır .
Bundan əvvəl Tramp etiraf etmişdi ki, o, Çin hakimiyyətindən Ukraynadakı münaqişənin həllinə kömək istəyə bilər. Onun fikrincə, Çin Rusiya və Ukraynanın mövqelərindəki “boşluğu” aradan qaldırmaqda əhəmiyyətli köməklik göstərə bilər.