Çin Rusiyanın kosmosda silahlanması ilə bağlı xəbərlərə münasibət bildiribbackend

Çin Rusiyanın kosmosda silahlanması ilə bağlı xəbərlərə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi Rusiya silahlarının kosmosda “yerləşdirilməsi” ilə bağlı Rusiyanın rəsmi mövqeyinə işarə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çin və Hindistanı Rusiyanı orada silah yerləşdirməkdən çəkindirməyə çağırması ilə bağlı xəbərləri şərh edərkən bildirib.

“Rusiya ilə bağlı qeyd etdiyiniz vəziyyətə gəlincə… Rusiya artıq cavab verib”, – Çin Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl “New York Times” ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çin və Hindistanın xarici işlər nazirləri Vanq Yi və Subrahmanyam Caişankarla Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi imkanlarını müzakirə etdiyini yazmışdı.

Nəşrin yazdığına görə, Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin və Hindistan liderləri Si Tsinpin və Narendra Modinin Rusiyanı “fəlakətə çevrilə biləcək” addımdan çəkindirməli olduqlarını bildirib.