Çin sahil mühafizəsi Filippin hökumət gəmisinə su şırnaqlarından atəş açıbbackend

Çin sahil mühafizəsi Filippin hökumət gəmisinə su şırnaqlarından atəş açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının (ÇXR) Sahil Mühafizəsi Filippin hökumət gəmisinə qarşı su şırnaqlarından istifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dekabrın 4-də Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarriela məlumat verib.

“CCG 3302 (Çin Sahil Mühafizəsinin gəmisi – red.) BRP Datu Pagbuaya gəmisinə su şırnaqından atəş açıb”, – deyə o qeyd edib.

Hadisənin saat 06:50 (Moskva vaxtı ilə 01:50) radələrində baş verdiyi bildirilir. Sahil mühafizə nümayəndəsinin sözlərinə görə, Çin nümayəndələri naviqasiya antenalarını hədəfə alıblar.