Çin Suriyada qeyri-qanuni hərbi mövcudluğa və ölkənin təbii sərvətlərinin talanmasına qarşıdır.
NOCOMMENT.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin və Suriya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması münasibətilə birgə bəyanatda deyilir.
“(Çin) Suriyada qeyri-qanuni hərbi mövcudluğa, qeyri-qanuni hərbi əməliyyatların aparılmasına və Suriyanın təbii sərvətlərinin qeyri-qanuni şəkildə talanmasına qarşıdır”, – bəyanatda deyilir.
Qeyd olunur ki, Çin Suriyanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqda onu qətiyyətlə dəstəkləyir.