Çin Tayvan ətrafındakı sulara 4 döyüş gəmisi yerləşdirdibackend

Çin Tayvan ətrafındakı sulara 4 döyüş gəmisi yerləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti Tayvan adası ətrafındakı sularda daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dünya mətbuatında xəbərlər yayılıb. Bildirilib ki, bununla Pekin sülh dövründə Taypey administrasiyasına təzyiq göstərməklə yanaşı, bu regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını almağa ümid edir.

Bundan əlavə, başqa bir Çin gəmisi daim Yaponiyanın öz ərazi suları hesab etdiyi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarının şimal-qərbindədir.

Qeyd edək ki, Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.