Çin Tayvan adasını blokadaya almağa yönəlmiş “Birgə Qılınc” adlandırdığı döyüş təlimlərini “uğurla tamamladığını” açıqladı.
NOCOMMENT.az xəbər verir ki, Xalq Azadlıq Ordusunun Şərq Komandanlığından verilən açıqlamada, təlimdə “real müharibə şəraitində bir çox hərbi qolun inteqrasiya olunmuş müştərək döyüş qabiliyyətinin geniş şəkildə sınaqdan keçirildiyi” bildirilib.
Bəyanatda hərbçilərin “Müharibəyə hazır olduqları və istənilən vaxt, istənilən formada “Tayvanın müstəqilliyi” ilə döyüşə biləcəkləri yerdə separatizm və xarici müdaxilə cəhdlərini qətiyyətlə darmadağın edəcəkləri” bildirilib.
NOCOMMENT.AZ