Tayvan administrasiyasının sözləri Çinlə qaçılmaz birləşməni dayandırmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə nümayəndəsi Çen Binxua bildirib.
Tayvanın administrasiyasının rəhbəri Lay Qingde bu yaxınlarda etdiyi çıxışında Tayvanı “Asiyadakı demokratiyanın çırağı” kimi xarakterizə etdi və ABŞ ilə ticarət əlaqələrinin gücləndirilməsinə sadiqliyini bir daha təsdiqlədi. O, Tayvan xalqının demokratik hüquqlarından əl çəkməyəcəyinə əminliyini ifadə edib.
Çen Binxua qeyd edib ki, Tayvan rəhbərliyinin bəyanatları Tayvanın Çinin bir hissəsi statusunu dəyişməyəcək və birləşmə prosesini ləngitməyəcək. O, həmçinin Tayvan administrasiyasının separatçı mövqelərini tənqid edib və Çinin xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizəni davam etdirərək “vahid Çin” prinsipi əsasında dialoq aparmağa hazır olduğunu bildirib.