Çin ÜDM-in artım hədəfini 5% müəyyənləşdirdibackend

Çin ÜDM-in artım hədəfini 5% müəyyənləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökuməti bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım hədəfini 5% səviyyəsində müəyyənləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin parlamentinin iclasında baş nazir Li Çianqın təqdim edəcəyi hökumət hesabatında deyilir.

Ötən il hökumət də 5% artım hədəfləyibsə, ilin sonunda bu rəqəm 5,2% olub.

2024-cü il üçün büdcə kəsiri ÜDM-in 3%-i səviyyəsində müəyyən edilib. Ötən il Çinin büdcə kəsiri 1,5% artaraq 5,78 trilyon yuana (təxminən 813 milyard dollar) çatıb. Maliyyə Nazirliyi, gəlirlərin 6,4% (21,67 trilyon yuan və ya 3,05 trilyon dollar), xərclərin isə 5,4% (27,45 trilyon yuan və ya 3,86 trilyon dollar) artdığını bildirib.

Hökumətin hesabatında deyilir ki, Çinin hərbi xərcləri 2024-cü ildə 7,2% artacaq.