Çin Ukrayna böhranının sülh yolu ilə həlli səylərini dəstəkləyirbackend

Çin Ukrayna böhranının sülh yolu ilə həlli səylərini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Ukrayna böhranının siyasi yolla nizamlanmasının tərəfdarıdır və sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri dəstəkləyir.

NOCOMMENT.az bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq ABŞ prezidenti Donald Trampın bir gün əvvəl Vaşinqtonda Vladimir Zelenski və Aİ liderləri ilə görüşünü şərh edərkən deyib.

“Çin həmişə hesab edib ki, dialoq və danışıqlar Ukrayna böhranının həllinin yeganə mümkün yoludur. Çin sülhün əldə olunmasına yönəlmiş bütün səyləri dəstəkləyir”, – Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.