Çin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bəyan edibbackend

Çin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər nazirinin müavini Sun Veydun bildirib ki, ÇXR Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, o, bunu Pekində Ukrayna xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə danışıqlardan sonra bildirib.

“Çin iki dövlət başçılarının əldə etdiyi mühüm konsensusu həyata keçirmək, qarşılıqlı hörmət və bir-birinə səmimi münasibət kimi yaxşı ənənəni davam etdirmək, həmişə Ukrayna xalqının əsas və uzunmüddətli maraqlarını diqqət mərkəzində saxlamaq üçün Ukrayna ilə işləməyə hazırdır. İki ölkə bütün sahələrdə mübadilə və əməkdaşlığı təşviq edir, Çin-Ukrayna münasibətlərini dəstəkləyir və inkişaf etdirir”, – diplomat bildirib.