Çin Ukrayna münaqişəsi ilə bağlı sülh konfransının çağırılmasının tərəfdarıdırbackend

Çin Ukrayna münaqişəsi ilə bağlı sülh konfransının çağırılmasının tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Vanq Yi Ukraynadakı yanğının ən qısa zamanda dayandırılacağına ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb

Diplomat bildirib ki, Çin Ukrayna üzrə bütün tərəflərin bərabər iştirakı ilə sülh konfransının çağırılmasına və bütün sülh planlarının müzakirəsinə tərəfdardır.

Aprelin 4-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin Ukraynada nizamlanmaya dair təşəbbüsünü ən ağlabatan və aydın adlandırıb. O qeyd edib ki, ÇXR-in təklif etdiyi plan 12 bənddən ibarətdir. Onlar sülhün bərpası üçün prinsipləri və yanaşmaları təmsil edir və Pekin ilk növbədə bütün bu məqamlarda beynəlxalq münasibətlərin digər iştirakçıları ilə razılığa gəlməyə ümid edir.