Çin və ABŞ arasında yenidən Panda diplomatiyasıbackend

Çin və ABŞ arasında yenidən Panda diplomatiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və ABŞ arasında “Panda” diplomatiyası yenidən başlayır. Çinin bu yeni addımı “Amerika ilə münasibətləri yaxşılaşdırmaq istəyi” kimi şərh edilib.

NOCOMMENT.az “NTV”ə istinadən xəbər verir ki, Çin dostluq addımı ataraq ABŞ-nin San Dieqo zooparkına bir cüt panda göndərməyə hazırlaşır. Zoopark rəsmiləri yayın sonuna doğru bir erkək və bir dişi pandanın gəlməsini gözlədiklərini açıqlayıb.

Bildirilib ki, Çin rəsmiləri pandalardan əməkdaşlığı canlandırmaq üçün istifadə edirlər.

Xatırladırıq ki, pandalar 1972-ci ildən ABŞ və Çin arasında dostluğun simvolu olub. Lakin iki ölkə arasında münasibətlər gərginləşdikdən sonra Amerika zooparklarındakı çoxlu pandalar Çinə qaytarılıb.