Çin və Braziliya dünyanın parçalanmasına qarşı bəyanat yayıblarbackend

Çin və Braziliya dünyanın parçalanmasına qarşı bəyanat yayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Braziliya qapalı siyasi və iqtisadi bloklar yaratmaqla dünyanın qlobal parçalanması siyasətinə qarşı çıxırlar.

NOCOMMENT.az xəbər verir ki, bu bəyanatla Çinin xarici işlər naziri Vanq Yi və Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim çıxış ediblər.

Bundan əlavə, tərəflər enerji, maliyyə, ticarət və ərzaq təhlükəsizliyi sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsini müdafiə ediblər. Bəyanatda dənizaltı fiber-optik kabellər, neft və qaz boru kəmərləri kimi mühüm beynəlxalq infrastrukturun toxunulmaz saxlanılmasının vacibliyi vurğulanır.

Qeyd edək ki. Çin və Braziliya BRİKS-in qurucu ölkələri sırasındadır.

BRIC Club rəsmi olaraq 2006-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda yaradılıb və ilkin olaraq Braziliya, Rusiya, Hindistan və Çindən ibarət olub. 2010-cu ildə Cənubi Afrika da ona qoşuldu və klub BRİKS adlandırıldı.