Çin və Cənubi Afrika Ukraynadakı münaqişənin siyasi yolla həllinin tərəfdarıdırbackend

Çin və Cənubi Afrika Ukraynadakı münaqişənin siyasi yolla həllinin tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Cənubi Afrika Rusiya-Ukrayna münaqişəsinin sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin və CAR prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.

Danışıqların yekunu üzrə imzalanmış sənədə əsasən, hər iki ölkə inklüziv dialoq və dinc danışıqların Ukrayna böhranının davamlı həllinin tapılmasının yeganə mümkün siyasi yolu olduğuna razılaşıb.

Bundan əlavə, Si Cinpin və Ramafosa münaqişə tərəflərini heç bir tərəfin döyüş meydanının genişlənməsinə, hərbi əməliyyatların artmasına və “oda yanacaq tökməsinə” imkan verməməyə çağırıb.