Çin və Rusiya liderləri Ukrayna probleminin həllini müzakirə ediblərbackend

Çin və Rusiya liderləri Ukrayna probleminin həllini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya səfəri zamanı Çin prezidenti Si Cinpin həmkarı Vladimir Putinlə görüşündə ölkəsini Ukrayna probleminin həllində konstruktiv rol oynamağa davam edəcəyini bildirib.

NOCOMMENT xəbər verir ki, dünən, səfərin ilk günündə baş tutan təkbətək görüş zamanı Si və Putin Çin-Rusiya münasibətləri və ortaq maraqlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İclasda Ukrayna məsələsinin də müzakirə edildiyini ifadə edən açıqlamada Si Cinpin gərginliyin azaldılması üçün sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.

Rusiya lideri Putin də Çinin Ukrayna məsələsində ardıcıl olaraq qərəzsiz, obyektiv və balanslı mövqe tutduğunu, beynəlxalq məsələlərdə bərabərlik və ədaləti müdafiə etdiyini bildirib.