Çin və Rusiya Ukrayna böhranını dialoq yolu ilə həll etməyə çağırırbackend

Çin və Rusiya Ukrayna böhranını dialoq yolu ilə həll etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin sədri Si Cinpinin Rusiyaya səfəri zamanı iki ölkə liderləri Ukrayna böhranında münaqişələrin dayandırılmasına və problemin dialoq yolu ilə həllinə çağırıblar.

NOCOMMENT xəbər verir ki, Çin lideri Si ilə rusiyalı həmkarı Vladimir Putinin dünənki danışıqlarından sonra iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyanat yayılıb.

“Yeni dövrdə hərtərəfli strateji əməkdaşlığın koordinasiyasının dərinləşdirilməsi və Ukrayna böhranının dialoq yolu ilə həlli” başlıqlı bəyanatda tərəflər dialoqun problemin həllinin ən yaxşı yolu olduğunu bildiriblər.

Bəyanatda Xi və Putin beynəlxalq ictimaiyyəti sülh yolunda konstruktiv səyləri dəstəkləməyə çağırıb.