Çin Xarici İşlər Nazirliyi Trampın Qəzza ilə bağlı mövqeyini pisləyibbackend

Çin Xarici İşlər Nazirliyi Trampın Qəzza ilə bağlı mövqeyini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağı cəngəllik qanunlarına tabe ola bilməz; bu ərazi Fələstinin ayrılmaz hissəsidir. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun ABŞ prezidenti Donald Trampın anklav sakinlərinin köçürülməsi təklifini belə şərh edib.

NOCOMMENT.az xəbər verir ki, oonun sözlərini The Paper qəzeti yazır.

“Qəzza fələstinlilərə məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir. O, siyasi sövdələşmələrdə sövdələşmə predmeti ola bilməz və cəngəllik qanununun obyektinə çevrilə bilməz, Çin Qəzzalıların məcburi köçkünlüyünə qarşıdır”, – deyə diplomat vurğulayıb.

Quo Jiakun qeyd edib ki, Çin “Fələstin xalqının qanuni milli hüquqlarını qətiyyətlə dəstəkləyir”. O, həmçinin Qəzzanın müharibədən sonrakı idarəçiliyində “Fələstini idarə edən fələstinlilər” prinsipinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Tramp bildirib ki, ABŞ Qəzza zolağına nəzarəti ələ keçirməyə, partlamamış bombaları və digər silahları çıxarmağa, əraziləri hamarlaşdırmağa hazırdır. Eyni zamanda o, Qəzza zolağının sakinlərinin iki ölkəyə – Misir və İordaniyaya köçürülməsini təklif edib.