Çin Xarici İşlər Nazirliyindən NATO bəyanatıbackend

Çin Xarici İşlər Nazirliyindən NATO bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin NATO-nun “Çin Rusiyaya silah dəstəyi verəcək” iddialarının əsassız fərziyyə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, sözügedən iddiaların “əsassız fərziyyələr” olduğunu bildirən Venbin “ABŞ daxil olmaqla NATO ölkələrinin Ukraynadakı döyüş meydanı üçün ən böyük silah qaynağı olduğu məlum bir həqiqət olsa da onlar Çinin Rusiyaya silah tədarük edə biləcəyini iddia etməyə davam edirlər.

Bu, Ukrayna böhranı başlayandan az sonra istifadə olunan və ifşa edilən tanış hiylədir. NATO Ukrayna böhranında hansı rolu oynayıb? Dünyanın qalan hissəsi şübhəsiz ki, bunun cavabını bilir” deyə açıqlama verib.

NOCOMMENT.AZ