ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsi regionda sülh və sabitliyi təhlükə altına qoyub.
NOCOMMENT.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.
“ABŞ və Filippinin bu addımı geosiyasi qarşıdurmaya səbəb oldu, regional gərginliyi artırdı və regional sülh və sabitliyi pozdu”, – Lin Cian deyib.
Onun sözlərinə görə, Manila Vaşinqtonun “əsl məqsədini aydın şəkildə dərk etməlidir” və öz təhlükəsizlik maraqlarını qurban verməməlidir.
O, ABŞ-ı Filippindən orta mənzilli raketlərini mümkün qədər tez çıxarmağa çağırıb.