Çin Ukrayna böhranının həllinə kömək edəcək istənilən addımı, o cümlədən ABŞ-ın son günlərdə Rusiya ilə anlaşma əldə etməsini alqışlayır.
NOCOMMENT.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Vanq İ deyib.
O qeyd edib ki, uyğun şərtlər yaranan kimi münaqişənin bütün tərəfləri sülh danışıqlarına qoşulmalıdır.
Vanq Yi vurğulayıb ki, Çin öz xalqının maraqları naminə Rusiyadan qaz alır və anti-Rusiya sanksiyalarını faydasız hesab edir.