Çin hər cür terror hücumlarına qarşıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“Çin terrorizmin bütün formalarına qarşıdır və mülki şəxslərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı amansız hücumları pisləyir”, – nazirlik bildirib.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.