NATO soyuq müharibənin yadigarıdır və düşərgə qarşıdurmasının məhsuludur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cyan bildirib.
Onun sözlərinə görə, uzun müddət NATO-nun baş katibi Yens Stoltenberq bəyanatlarında faktlara məhəl qoymayıb və Çinə hücum etmək üçün hər hansı səbəb axtarıb.
“Yöndəmsiz çıxışlar dünya ictimaiyyətinin sayıqlığını oyatmağa, NATO-nun Soyuq müharibənin yadigarını, düşərgə qarşıdurması və blok siyasətinin məhsulu olduğunu tam sübuta yetirir, həmçinin alyansın qlobal sülh və sabitlik üçün hansı risk və çağırışlar olduğunu göstərir”, – deyə diplomat bildirib.
İyulun 11-də NATO-nun baş katibi bildirib ki, Çinin Rusiyaya dəstəyi alyans üçün təhlükəsizliyə təhdiddir. Buna görə də dayandırılmalıdır.