Çin Yaponiya gəmilərini mübahisəli adalardan uzaqlaşdırıbbackend

Çin Yaponiya gəmilərini mübahisəli adalardan uzaqlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ÇXR Sahil Mühafizəsi iki ölkə arasında ərazi mübahisəsi olan Diaoyu (Senkaku) adalarının sularından Yaponiyaya məxsus balıqçı gəmiləri və patrul katerlərini sıxışdırıb çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dejun Çin gəmilərinin qanun çərçivəsində cavab verdiyini və lazımi tədbirləri gördüyünü vurğulayıb.

O qeyd edib ki, Diaoyu qonşu adaları ilə birlikdə Çinin ayrılmaz ərazisidir.

Bundan əvvəl məlum olub ki, ÇXR daimi olaraq Tayvan ətrafındakı sularda dörd döyüş gəmisi yerləşdirib. Çin bu yolla sülh dövründə Tayvana təzyiq göstərməklə yanaşı, bu regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını almağa ümid edir.