Çin ballistik raketlərlə silahlanmış sualtı qayığını döyüş patruluna göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
Sualtı qayıq Çinin strateji sualtı donanmasının əsas hissəsinin yerləşdiyi Haynan adasındakı möhkəmləndirilmiş yeraltı Lonpo hərbi-dəniz bazasından çıxıb.
Qeyd olunur ki, ekipaj üzvlərindən biri əmr verildiyi təqdirdə “heç bir tərəddüd etmədən” nüvə raketlərini buraxmağa hazır olduqlarını bildirib. Sualtı qayıq 094 layihəsinə aid ballistik raketlərlə təchiz olunub.