Bakıda yerləşən “Çinar” soyuducu zavodunda bədbəxt hadisə baş verib.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ruslan Əliyev iş zamanı hündürlükdən yıxılıb. Nəticədə o, baş nahiyəsindən ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Ruslan Əliyevin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən yoxlamalara başlanılıb.