Çində baş verən partlayış nəticəsində 8 işçi ölübbackend

Çində baş verən partlayış nəticəsində 8 işçi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şərqindəki Jiangsu əyalətində sənaye metallarının emal edildiyi sexdə metal tozunun partlaması nəticəsində 8 işçi həyatını itirib.

NOCOMMENT xəbər verir ki, tez alışan toz hissəciklərinin qatılaşaraq alovlandığı “toz partlayışı” adlanan qəzada 8 işçi həlak olub, 8 işçi yüngül xəsarət alıb.

Verilən açıqlamada, təcili yardım qruplarının xilasetmə işlərini tamamladığı və hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Çində infrastrukturun köhnəlməsi və ya qeyri-adekvat əməyin mühafizəsi tədbirləri səbəbindən bəzi istehsal və anbar obyektlərində vaxtaşırı insan tələfatına səbəb olan qəzalar baş verir.