Çində Covid-19-a yoluxma sayında ARTIMbackend

Çində Covid-19-a yoluxma sayında ARTIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində son 24 saatda 35 183 yeni yoluxma faktı aşkar edilərək gündəlik yoluxma sayı rekord səviyyəyə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası məlumat verib.

Məlumatda son 24 saat ərzində ümumilikdə qeydə alınan 35 183 yoluxma halından 31 709-unun asemptomatik olduğu bildirilb.

Yeni yoluxma halların əksəriyyəti cənubda Quançjouda və cənub-qərbdəki böyük şəhər Çonqinqdə qeydə alınıb.

Ölkədə son 24 saat ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb. Açıqlanan məlumatlara görə, epidemiya başlayandan bəri Covid-19-dan ümumilikdə 5 min 232 nəfər həyatını itirib.

Jalə Bədirova

NOCOMMENT.az