Çində daşqına görə 200 minə yaxın sakin təxliyə olundubackend

Çində daşqına görə 200 minə yaxın sakin təxliyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 200 minə yaxın sakini daşqın səbəbiylə təxliyə edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə yerli bələdiyyə orqanları xəbər yayıb.

Daha əvvəl təbii fəlakətin törətdiyi nəticələr səbəbindən təxminən 100 min sakinin təxliyə edildiyi bildirilib.

Rəsmi məlumata əsasən, şəhərdə son 24 saat ərzində 457,5 mm yağıntı düşüb. Qeyd edilir ki, şəhərdə illik yağıntı norması təxminən 640,8 mm-dir.

Daşqın ən azı 12 nəfərin həyatına son qoyub./Trend