NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çinin Sıçuan əyalətində güclü maye qaz partlayışı baş verib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisəni əks etdirən videogörüntülərdə işçilərin çənin içindəki maddələrlə yuyulduğu görünür. Telegram kanalının məlumatına görə, onun temperaturu –160 °C-dir. Kişilər qaçmağa çalışarkən güclü partlayış baş verir.
Hadisə nəticəsində ölənlərin olub-olmaması barədə məlumat verilmir.
Hadisənin digər təfərrüatları və şəraiti də hələlik açıqlanmır.