Çində gündəlik yoluxma sayı ilk dəfə olaraq 40 mini keçdibackend

Çində gündəlik yoluxma sayı ilk dəfə olaraq 40 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin sürətlə yayılan Covid-19 epidemiyası ilə mübarizə aparmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının açıqlamalarına görə ölkədə 3 min 822 simptomatik və 36 min 525 asemptomatik olmaqla cəmi 40 347 yeni yolxuma faktı aşkar edilib.

Bununla da ölkədə ilk dəfə yoluxma sayı 40 mini keçib.

“Omicron”-un BF.7 mutasiyasının sürətlə yayılmağa davam etdiyi paytaxt Pekində isə 3848 yeni Covid-19 hadisəsi qeydə alınıb.

Qeyd edək ki, son 24 saat ərzində Covid-19-dan ölüm halı qeydə alınmayan Çində epidemiya başlayandan bəri 5 min 233 nəfər ölüb.

Jalə Bədirova

NOCOMMENT.az