Çində kritik seçim – Yeni dövlət başçısı açıqlandıbackend

Çində kritik seçim – Yeni dövlət başçısı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində Ümumçin Xalq Nümayəndələr Konqresində keçirilən seçkilərə yeganə namizəd kimi daxil olan Si Cinpin yenidən dövlət başçısı seçilərək üçüncü müddətə fəaliyyətə başlayıb.

NOCOMMENT xəbər verir ki, Qurultayın 2977 nümayəndəsindən 2952-nin iştirak etdiyi səsvermədə Si Cinpin yekdilliklə yenidən ölkənin dövlət başçısı seçilib. Hakimiyyətdə üçüncü müddətə konstitusiyaya əməl edəcəyinə and içərək başlayan Xi, eyni zamanda baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.

2013-cü ildə ilk dəfə prezident olan və 2018-ci ildə yekdilliklə vəzifəsini davam etdirən Xi, iki müddətdən artıq prezidentlik edən ilk şəxs oldu.