Çində lidarlı BYD Seal modelinin qiymətləri açıqlanıb – FOTObackend

Çində lidarlı BYD Seal modelinin qiymətləri açıqlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BYD Seal artıq iki ildir ki, satışdadır və model bu yaxınlarda 2025-ci model ilinə bir sıra yeniliklər ilə daxil olub. Birincisi, sedan e-Platform 3.0 Evo platformasının daha müasir versiyasına keçib ki, bu da elektrik ötürməsinin komponentlərinin yüksək dərəcədə inteqrasiyası və adaptiv amortizatoru quraşdırılmış asqı ilə xarakterizə olunur. Bundan əlavə, indi əvvəlki 400 voltluq arxitektura 800 voltluq versiya ilə əvəzlənib. İkincisi, Seal iki top təchizat səviyyəsində mövcud olan lidarı əldə edib.

Əslində, damda quraşdırılmış lidar praktiki olaraq Seal modelinin yenilənmiş versiyasını ələ verən yeganə elementdir. Qurğu L2+ (qabaqcıl ikinci səviyyə) avtonomluq səviyyəsinə uyğun gələn DiPilot 300 avtopilotunun işləməsini təmin edir. Bu, BYD şirkətinin, ADAS sürücüyə yardım sistemlərinin imkanlarını genişləndirən öz məhsuludur.

NOCOMMENT.az autograph.az-a istinadən xəbər verir ki, yeni 800 voltluq arxitekturaya gəlincə, ona keçidlə Seal 20 faizdən 80 faizə qədər şarj müddətini azaldıb – indi enerji ehtiyatını 25 dəqiqəyə doldurmaq olar. Modelin Çindəki ən əlçatan variantı 175,8 min yuana, ən bahalı versiyası isə, 239,8 min yuana başa gələcək. Təchizat səviyyəsindən asılı olmayaraq, Seal modeli 13 təhlükəsizlik yastığı və proyeksiya ekranı ilə təchiz edilir.

61,44 və 80,64 kilovat-saatlıq müxtəlif tutumlu batareya təklif olunur. Yürüş ehtiyatı CLTC dövründə 510 ilə 650 kilometr arasında dəyişir. Seal baza versiyası arxa oxda 228 at qüvvəsi hasil edən elektrik mühərrikinə malikdir. Bundan başqa, 308 at qüvvəli daha güclü versiya, həmçinin ümumilikdə 523 at qüvvəsi hasil etdirən iki elektrik mühərriki (hər oxda bir) olan tamötürməli modifikasiya da mövcuddur.

Dinamik xüsusiyyətlər də açıqlanıb: BYD Seal yerindən 100 km/saata 3,8 saniyəyə sürətlənir, maksimal sürət isə, 240 km/saat həddində məhdudlaşdırılıb.