Çində mədən çökdü: Ölənlər varbackend

Çində mədən çökdü: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsində açıq kömür mədəni çöküb.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox işçi isə itkin düşüb.

Çinin rəsmi xəbər agentliyi olan Şinhuaya danışan Alşaa fövqəladə hallar idarəsi rəsmisi bugün günortadan sonra açıq kömür mədənində baş verən fəlakətlə bağlı ilkin araşdırma nəticəsində mədəndə 50-dən çox adamın qaldığı qənaətinə gəldiklərini bildirib.

İlk təsbitlərə görə, mədəndən çıxarılan 3 nəfərdən 2-nin öldüyü bildirilib.

Digər KİV-lər isə 57 şaxtaçının itkin düşdüyünü bildirib.

Məlumata görə axtarış-xilasetmə qrupları qəzadan sonra dərhal əraziyə gedib.

NOCOMMENT.AZ