Çində pişik və itlər üçün avtomatlar peyda olubbackend

Çində pişik və itlər üçün avtomatlar peyda olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin bir neçə şəhərində ev heyvanları satan avtomatların quraşdırılması ictimaiyyətin qəzəbinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oddity Central məlumat yayıb.

Kiçik qapalı bölmələrdə kilidlənmiş pişiklərin, kiçik itlərin və gəmiricilərin videoları Çin sosial mediasında yayılıb.

Pekində lentə alınan videoda şəffaf kameralarda yatan pişikləri görmək olar, onların ölçüsü heyvanların ancaq dönməsinə imkan verir. Avtomat Çində canlı ev heyvanları satan ilk maşın kimi elan edildi, lakin bir neçə istifadəçi Çinin digər şəhərlərində də oxşar stendlər gördüklərini qeyd etdi.

Daha sonra Çin mediası bu məlumatı təsdiqləyib və bu maşınları istehsal edən şirkətlərin reklamlarını göstərib.