Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, onlarla insan itkin düşübbackend

Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, onlarla insan itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Xinxua” agentliyi xəbər verib.

Qeyd edilir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü, 23 nəfərin itkin düşdüyünü təsdiqləyib.

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.