NOCOMMENT.az xəbər verir ki, Yeni Xpeng X9 miniveni Çinin Quançjou şəhərində keçirilən avtosalonunda təqdim edilib. Bu barədə Carnewschina.com xəbər verir.
Yeni məhsul yeddinci Xpeng modeli olacaq. Model SEPA 2.0 platformasında qurulub. Şirkət avtomobilin ulduz gəmisi üslubunda futuristik dizayna malik olduğunu bildirib.
Avtomobilin ümumi uzunluğu 5293 mm, təkər bazası 3160 mm-dir. Minivenin əsas versiyası ön oxda elektrik mühərriki ilə təchiz olunub, onun pik gücü 320 at gücünə bərabərdir. İki mühərrikli tam ötürücülü versiya 503 at gücünə malikdir. Hər iki versiyanın maksimal sürəti 200 km/saatla məhdudlaşdırılıb. Enerji ehtiyatı 700 km-dir.