Çində YANĞIN: 19 ölübackend

Çində YANĞIN: 19 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Çinin ölkənin şimalındakı Şansi əyalətində baş verən yanğın nəticəsində 19 nəfər ölüb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb .

Daha əvvəl 11 nəfərin öldüyü və 51 nəfərin yaralandığı bildirilirdi.

Lyulyanq şəhərindəki kömür zavodunda yerli vaxtla saat 06:50-də yanğın baş verib. Ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Daha əvvəl telekanal xilasedicilərin 63 nəfərin təxliyə edildiyini, onlardan 51 nəfərin xəstəxanaya aparıldığını bildirmişdi.

Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.