Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı 131 nəfərə çatıb.
NOCOMMENT.az xəbər verir ki, yerli hökumətlərin verdiyi açıqlamaya görə, Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində isə 18 nəfər ölüb.
6,2 bal gücündə zəlzələnin dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış baş verdiyini, episentri Jishan Bao’an Donxiang və Salar Muxtar Dairəsində olduğunu bildirilib.
Zəlzələ nəticəsində iki dövlətin sərhədinə yaxın bölgədə çoxlu ev dağılıb, su qıtlığı yaranıb.