Çində zəlzələ nəticəsində ölənlərin sayı artdıbackend

Çində zəlzələ nəticəsində ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimal-qərbində baş verən zəlzələdən sonra 1 minə yaxın qurban xəstəxanalara yerləşdirilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, Qansu əyalətindəki xəstəxanalara 784 nəfər daxil olub. Bundan əvvəl qonşu Çinxay əyalətində 198 sakinin zərər çəkdiyi bildirilirdi.

Son məlumatlara görə, ölənlərin sayı 135-ə çatıb.

Qansuda xəstəxanalarla yanaşı, 19 müvəqqəti tibb məntəqəsi və bir səyyar xəstəxana yaradılıb. Əyalət səhiyyə departamentinin məlumatına görə, sakinlərə baş çəkmək üçün zərər çəkmiş 35 kəndə iyirmidən çox tibbi briqada göndərilib. Əhali dərman dəstləri ilə təmin edilir, psixoloqlar tərəfindən köməklik göstərilir.