Çindən Cənubi Koreyaya viza QADAĞASIbackend

Çindən Cənubi Koreyaya viza QADAĞASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Covid-19 yoluxmasının artması səbəbiylə Çindən gələn səyahətçilərdən Covid-19 testi tələb etdikdən sonra Çin Cənubi Koreyadan ölkəyə gələn sərnişinlər üçün qısamüddətli vizaları dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, Çinin Cənubi Koreyadakı səfirliyindən verilən açıqlamada Cənubi Koreyadan Çinə gedən sərnişinlərin qısa müddətli vizalarının dayandırıldığı açıqlanıb.

Səfirlik bildirib ki, bu qərar Çinin Cənubi Koreyadan gələn səyahətçilərə tətbiq etdiyi “ayrı-seçkilik məhdudiyyətləri” səbəbindən qəbul edilib.

Qeyd edək ki, Çin Xarici İşlər Naziri Qin Gang bu yaxınlarda Cənubi Koreyalı həmkarı Park Jin ilə telefonla danışaraq Çinə qarşı qəbul edilən məhdudiyyət qərarları ilə bağlı narahatlıqlarını ifadə edib.