Çindən hərəkət edən sarı qum dumanı Yaponiyaya çatıbbackend

Çindən hərəkət edən sarı qum dumanı Yaponiyaya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çindən hərəkət edən sarı qum-toz dumanı Yaponiyanın paytaxtı Tokioya çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Sinoptiklər paytaxt sakinlərinə xəbərdarlıq ediblər ki, görmə məsafəsi 5 kilometrə qədər azala bilər. Sarı tozun təsirinə məruz qalmamaq üçün açıq havada uzun müddət qalmaq tövsiyə edilmir.

Qeyd edək ki, qum-toz dumanına Qobi səhrasından toz gətirən güclü külək səbəb olub. Toz dumanı əvvəlcə Çindən keçib, sonra Yaponiyaya çatıb. Adətən bu cür hadisələr yazda müşahidə olunur.